Keçmiş icra başçısı Ramiz Mehdiyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş icra başçısı Ramiz Mehdiyevi təbrik etdi

Siyasət

15 Oktyabr 2025 11:45 21650


“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun. Məni 12 il işsiz qoymağın və xəyanətin nəticəsi!”

“Yeni Sabah” xəbər verir ki, bunu məşhur YAP-çı, Naftalanın keçmiş icra başçısı Musa Musayev sosial mediada Ramiz Mehdiyevin həbs xəbərindən sonra yazıb.

Mehdiyevin fotosu ilə müşayiət olunan paylaşımda M. Musayev yazıb: Dördpendirli pizza

“Haqq nazilər, lakin üzülməz! Məni qəbul edəndə deyirdi ki, məndən sənə əmanət, çalış pambıqla baş kəs (özü kimi). Sən çox prinsipial adamsan, qılıncı almısan əlinə kim gəldi başını kəsirsən.

Mən heç vaxt yıxılanı baltalamamışam. 2000-2005-ci illər deputat olanda parlamentdə, 2006-cı ildə martın 24-də Naftalana İcra başçısı göndəriləndə isə kabinetində Ramiz Mehdiyevə öz sözümü demişəm. Nəticəsi də hər kəsə bəllidir”.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mehin
    Hamınız birsiniz elə
    7 months ago