Keçmiş icra başçısının işi Ali Məhkəmədə

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş icra başçısının işi Ali Məhkəmədə

Sosial

13 Oktyabr 2026 08:47 109


Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilib. pizza mizza

Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.

Ali Məhkəmə müsadirə ilə bağlı qərarda hər hansı qanunsuzluq olmadığı əsası ilə şikayəti rədd edib. Bakı Apellyasiyiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!