Kənani Blinkenin cavabını verdi

saytların hazırlanması

Evə çatdırılma

Kənani Blinkenin cavabını verdi

Dünya

23 Aprel 2023 19:32 823


İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani ABŞ dövlət katibi Entoni Blinkenin Tehranın hərbi fəaliyyəti ilə bağlı açıqlamalarını pisləyib.

Yenisabah.az "“Təsnim”ə istinadla xəbər verir ki, o, amerikalı rəsminin iddialarını “İranofobiya yolu ilə Amerika silahlarını satmaq və region ölkələrini parçalamaq cəhdi” adlandırıb.

N. Kənani Vaşinqtonun İranın hərbi fəaliyyətini pozmaq və Tehrana qarşı yeni sanksiyalar tətbiq etmək planları ilə bağlı E. Blinkenin şərhlərini kəskin tənqid edib. pizza mizza

"İranın hərbi proqramı müstəsna olaraq müdafiə və çəkindirici aspektlərə malikdir və İrana təcavüzü düşünməyən heç bir ölkəyə qarşı yönəlməyib", - deyə o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!