Kənar aktorlar Cənubi Qafqaza müdaxilə etməməlidir - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

Kənar aktorlar Cənubi Qafqaza müdaxilə etməməlidir - Lavrov

Dünya

07 Aprel 2023 15:15 765


Rusiya qeyri-regional oyunçuların Cənubi Qafqazda nizamlanmaya müdaxilə etməyəcəyini gözləyir.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib: Dördpendirli pizza

“Ümid edirik ki, bəzi qeyri-regional həmkarlarımız bu proseslərə müdaxilə etməyəcək, tərəfləri Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli formatında əldə edilmiş razılaşmaların ciddi şəkildə həyata keçirilməsinə yönəldəcəklər".

Nazir vurğulayıb ki, bu sazişlər “işlərin davam etdirilməsi üçün əsas baza olaraq qalır.

Lavrovun sözlərinə görə, Rusiya regionda yerləşən ölkələr arasında əməkdaşlığın dərinləşməsinin tərəfdarıdır:

“Biz Ermənistan və Türkiyə arasında dəstəyimizlə başlanmış münasibətlərin normallaşması prosesini alqışlayırıq, regionda nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılması və təbii ki, Cənubi Qafqazın münaqişədən sonra yenidən qurulması səylərini alqışlayırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!