"Əli Şəmxaniyə qarşı son şifahi hücumlar ədalətsizdir və o, milli təhlükəsizlik sahəsində xüsusi səylər göstərib".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın kəşfiyyat naziri İsmayıl Xətib deyib.
Qeyd edək ki, İranda MI6-nın casusu kimi ifşa olunaraq edam edilmiş Əlireza Əkbəri ilə bağlı siyasi qalmaqaldan sonra Ə. Şəmxani şifahi ittiham hədəfinə çevrilib. Çünki Ə.Əkbəri Ali Milli Təhlükəsizlik Şurası katibinin adamı kimi tanınıb. Hətta onun MI6 casusundan hədiyyələr aldığı da iddia olunur. Sezar pizza
Bir müddət əvvəl isə Ə.Şəmxaninin istefaya göndərilkəcəyi və onu əvəz edə biləcək 3 şəxsin adı açıqlanıb.
Telegram kanalımız