Kəşfiyyat: “Rusiyada yenidən səfərbərlik elan olunacaq“ 

saytların hazırlanması

Evə çatdırılma

Kəşfiyyat: “Rusiyada yenidən səfərbərlik elan olunacaq“ 

Dünya

13 Yanvar 2023 13:12 750


“Rusiya 2 milyonluq ordu yaratmağa çalışır. Bunun üçün həmin ölkə yeni səfərbərlik dalğaları keçirəcək”. 

“Report” UNIAN-a istinadən xəbər verir ki, buu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib. 

Qeyd olunub ki, birinci səfərbərlik dalğası nəticəsində Rusiya Silahlı Qüvvələrinə 300 min nəfər çağırılıb: “Həmin şəxslər qısa hazırlıqdan sonra Ukraynadakı döyüş bölgəsinə göndərilir".  Marqarita pizza

Ukraynanın hərbi kəşfiyyatı istisna etmir ki, Rusiya rəhbərliyi yaxın günlərdə növbəti səfərbərlik dalğası elan edəcək: "Daha 500 min rusiyalı Rusiya Silahlı Qüvvələrinə daxil olacaq ki, bu da həmin ölkəyə strateji ehtiyatlar yaratmağa imkan verəcək”. 

Kəşfiyyat məlumatlarına görə, Rusiya artıq yeni səfərbərlik dalğasına hazırlıq görür: “Bunun üçün çağırışın keçirilməsini tənzimləyəcək qanunlara dəyişikliklər edirlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!