Kikabidzenin dəfn olunacağı yer və tarix bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Kikabidzenin dəfn olunacağı yer və tarix bəlli oldu

Dünya

15 Yanvar 2023 21:40 924


Gürcüstanlı tanınmış aktyor və müğənni-bəstəkar Vaxtanq Kikabidze yanvarın 19-da Tbilisidəki Vera qəbiristanlığında anasının məzarı yanında dəfn olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə bazar günü sənətkarın meneceri Rati Abzianidze məlumat verib.

“Ailəsinin qərarı, həm də sağlığında özünün arzusu belə olub ki, o, anasının dəfn olunduğu Vera qəbiristanlığında basdırılsın”, - deyə Abzianidze bildirib. Pepperoni pizza

Onun sözlərinə görə, aktyorun anım mərasimi hələ ki dəqiqləşdirilməyən kilsədə keçiriləcək, bundan sonra tabut Tiflis Filarmoniyasına çatdırılacaq, daha sonra isə dəfn mərasimi keçiriləcək.

Qeyd edək ki, Kikabidze yanvarın 15-də Tiflisdə 84 yaşında vəfat edib. Onun cənazəsi Tiflisdəki “New Hospitals”dan şəhərin mərkəzində yerləşən evinə aparılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!