Türkiyədə “Altılı masa”ya daxil olan müxalif Demokrat Partiyanın sədri Gültekin Uysal CHP sədri Kemal Kılıçdaroğlunun prezidentliyə vahid namizəd olması ehtimalından söz açıb.
Yenisabah.az “Cumhuriyet”ə istinadla xəbər verir ki, o, müxalifətin alternativləri çox olduğunu düşünür, amma ən güclü namizədin Kemal Kılıçdaroğlunu görür:
“Türkiyə seçki prosesi dövrünə Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlaması ilə daha tez girdi. Artıq namizədin müəyyən olunması ilə bağlı işlər sürətləndirilməlidir. Kılıçdaroğlu ana müxalifət lideri kimi doğru olan, bu siyasi prosesi ağılla idarə edə bilən, iddiası olan bir şəxsdir. O, müxalifət cəbhəsindən seçkidə qazana biləcək namizəddir”. pizza hut
Xatırladaq ki, Türkiyədə və parlament seçkiləri mayın 14-də keçiriləcək.
Telegram kanalımız