Kitabxanada kütləvi yoluxma şayiəsi - “Axundov“dan cavab

saytların hazırlanması

Evə çatdırılma

Kitabxanada kütləvi yoluxma şayiəsi - “Axundov“dan cavab

Sosial

24 Noyabr 2021 17:53 747


"Ümumilikdə yoluxma sayı 3 nəfərdir. Həmin işçilər hazırda ev şəraitində müalicə alırlar”.

Bu barədə Yenisabah.az-a Axundov adına Azərbaycan Milli Kitabxanasının mətbuat şöbəsindən açıqlama verilib.

“Koronavirusa yoluxan işçilərin oxucu ilə təması yoxdur, çünki onlar daxili şöbədə (kitabişləmə şöbəsi) fəaliyyət göstərirdilər. Həmin bu işçilər analiz verdilər, hətta onlarla təmasda olan işçi də buraxılıb evə, baxmayaraq ki, testinin cavabı neqativ çıxıb. pizza mizza

Oxucularımız da kitabxanaya daxil olarkən yoxlanılır, "kovid pasportu" yoxdursa, polis tərəfindən içəri buraxılmırlar. Pandemiyanın qaydalarına əməl edərək, məsafə saxlayaraq, yoxlanılaraq oxucular da, işçilərimiz də öz fəaliyyətlərinə davam edirlər. Pandemiya şəraitini nəzərə alaraq "Oxu zalı"na oxucuların yalnız 50%-i buaxılır”.

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!