Ruslar yenidən Kiyevə Belarus ərazisindən – Çernobıl zonası və ya Çerniqov vilayətindən keçməklə hücum edə bilərlər.
Yenisabah.az “Ukrinform”a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov deyib.
O bildirib: “Düşmən yenidən Kiyevə hücum edə bilər. Əvvəla, onlar hiss edirlər ki, nə cənub, nə də şərq istiqamətində cəbhəni yarıb keçə bilməyəcəklər. Rusların istəklərindən biri də hərbi-siyasi idarəçiliyin ləğvidir”. pizza
Eyni zamanda, general xatırladıb ki, ruslar fevraldakı kimi sürətlə irəliləyə bilməyəcəklər, çünki Silahlı Qüvvələr döyüş təcrübəsi qazanıb və istənilən ssenariyə hazırdır:
“Düşmən ilk növbədə Belarus Respublikasından əməliyyata başlaya bilər. Çernobıl zonası ərazisindən, eləcə də Çerniqov vilayətindən. Buna hazırıq, lakin hazırda düşmənin birbaşa hücum edəcəyi təhlükəsini görmürük. İlk növbədə, Rusiya Federasiyasından infrastruktur obyektlərinə daha çox hücum gözləməliyik”.
Telegram kanalımız