Kolleclərə qəbul üçün 2900-ə yaxın abituriyent ərizəsini təsdiqlədib  

saytların hazırlanması

Evə çatdırılma

Kolleclərə qəbul üçün 2900-ə yaxın abituriyent ərizəsini təsdiqlədib  

Sosial

06 Aprel 2022 19:01 711


2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a bildirilib ki, ərizələrin qəbulu aprelin 25-dək internet vasitəsilə aparılır. Məlumata görə, 2888 nəfər (Azərbaycan bölməsi - 2796; rus bölməsi - 92) ərizəsini təsdiqlədib.

Müsabiqədə iştirak ödənişlidir. Abituriyent ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir və həmin məbləğ ərizə təsdiq olunduqda müvafiq hesabdan çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur. pizza hut

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!