Kollektor şirkəti “ölü pulları diriltməyə“ özünə şərik axtarır

saytların hazırlanması

Evə çatdırılma

Kollektor şirkəti “ölü pulları diriltməyə“ özünə şərik axtarır

İqtisadiyyat

11 Sentyabr 2026 14:09 115


“KollektA” ASC səhmlərini kütləvi təklif üsulu ilə satışa çıxarır.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, Bakı Fond Birjasının Listinq Komitəsi sentyabrın 10-da şirkətin səhmlərinin ticarətə buraxılması barədə qərar qəbul edib.

Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 410 manat olan 500 ədəd səhm təklif ediləcək. Buraxılışın ümumi həcmi 205 min manat təşkil edir. Marqarita pizza

Səhmlərə abunə yazılışı sentyabrın 14-də başlayacaq və sentyabrın 18-də başa çatacaq. Yerləşdirmə isə sentyabrın 21-də keçiriləcək. Anderrayter “Troni İnvestisiya Şirkəti” QSC-dir.

Qeyd edək ki, “KollektA” problemli borcların idarə olunması və yığılması sahəsində fəaliyyət göstərir. Şirkətin səhmdarları Mədəd Rüstəmov və Camal Aydınovdur – hər biri 40% paya malikdir. Rəşad Səlimovun payı isə 20% təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!