Rusiya Kiyevə raket zərbəsi endirdi,   ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Kiyevə raket zərbəsi endirdi, ölən və yaralananlar var

Dünya

27 Oktyabr 2026 02:03 92


Rusiya ordusu oktyabrın 26-ı axşam saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, Desnyanski rayonunda metro stansiyalarından birinin yaxınlığına zərbə endirilib, avtomobil yanıb. Hücum zamanı hadisə yerinə gedən təcili tibbi yardım briqadası da atəşə məruz qalıb. pizza mizza

Dnepr rayonunda isə iki tibb müəssisəsinə ziyan dəyib. Partlayış dalğası reanimasiya şöbəsinin və digər bölmələrin pəncərələrini sındırıb. İlkin məlumata görə, tibb müəssisələrində xəstələr və tibb işçiləri arasında xəsarət alan olmayıb.

Kliçko hücum nəticəsində bir nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, Dnepr rayonunda qeyri-yaşayış sahəsində yerləşən binaya zərbə endirilib və yaxınlıqdakı supermarketin ətrafında meyit aşkarlanıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!