“Apple” şirkətinin yeni qatlanan telefonu satışa çıxarılandan sonra istifadəçilərin şikayətləri ilə gündəmə gəlib. İddialara görə, bəzi telefonların ekranı cəmi bir neçə saat ərzində çatlayır.
“Yeni Sabah” xəbər verir ki, texnologiya nəhəngi “Apple”ın ilk qatlanan telefonu olan “iPhone Duo” ilə bağlı ciddi ekran problemləri yaşanır. İnternetdə yayılan şikayətlərə əsasən, bəzi telefonların daxili ekranı qatlanma xətti boyunca, məhz qatlanan hissənin yerləşdiyi tərəfdən qırılır. İstifadəçilərin bildirdiyinə görə, bəzi hallarda ekran problemi telefon alındıqdan cəmi bir neçə saat sonra üzə çıxır. Hətta iddialara əsasən, bəzi cihazlar mağazalarda nümayiş etdirilərkən də zədələnib.
İstifadəçilərdən biri telefonu aldıqdan altı saat sonra belə problemlə üzləşdiyini bildirib. O, həmin müddətdə telefonu 20 dəfədən az açıb-bağladığını deyib. Toyuqlu pizza
Onun sözlərinə görə, əvvəlcə telefonun qatlanan hissəsində qəribəlik hiss edib. Cihazı açmağa davam etdikdə isə çatlama səsi eşidib və ekranın qırıldığını görüb.
Çin və Avstraliya da daxil olmaqla, bir sıra ölkələrdən oxşar şikayətlər gəlsə də, problemin dəqiq səbəbi və nə qədər geniş yayıldığı hələ məlum deyil. “Apple” məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bununla belə, mağazalara gətirilən zədələnmiş telefonlar zəmanət çərçivəsində yeniləri ilə əvəz olunur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız