Koronavirus Moskvanı cənginə alıb  – 2 286 yeni yoluxma
02 İyn 2020 14:40
193

Koronavirus Moskvanı cənginə alıb – 2 286 yeni yoluxma

Rusiyada son sutka ərzində 8 min 863 nəfər koronavirus daşıyıcısı aşkarlanıb. 

Yenisabah.az xəbər verir ki, ölkədə bugünədək virusa yoluxanların sayı 423 min 741 nəfər olub. Koronavirusla Mübarizə Mərkəzinin açıqlamasına görə, Rusiyada günlük yoluxanların sayında 2.1 faizlik azalma müşahidə edilib. Bildirək ki, yeni virus daşıyıcılarından 2 min 286 nəfər paytaxt Moskvada yaşayır. 

Qeyd edək ki, ölənlərin sayı da 182 nəfər artaraq 5 min 37 nəfərə çatıb. Lakin virusdan sağalanlar da az deyil. 

Belə ki, Rusiyada ümumilikdə 186 mindən çox insan bu xəstəliyi məğlub edib.

Oxşar xəbərlər