Koronavirus xəstəsi hansı halda evdən çıxa bilər?   - DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstəsi hansı halda evdən çıxa bilər? - DİN-dən açıqlama

Sosial

22 Sentyabr 2021 10:26 887


İstisna hallarda koronavirus xəstəsi yaşadığı ünvanı tərk edə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, istisna hal yaranarsa, müvafiq olaraq səhiyyə qurumu məlumatlandırılmalı və təlimat üzrə hərəkət edilməlidir: Dördpendirli pizza

"Əks təqdirdə heç bir halda müalicə təyin olunan koronavirus xəstəsi yaşadığı ünvanı tərk etməməlidir", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, karantin qaydalarına əsasən koronavirusa yoluxmuş şəxs 14 gün ərzində yaşadığı ünvanı tərk etməməlidir. Sahə həkimləri evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə etməli, əgər ağırlaşma olarsa, o zaman həkimlər vətəndaşın stasionar şəraitdə müalicəsini davam etdirmək barədə qərar verməlidir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!