Koronavirus xəstəsi yasda yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstəsi yasda yaxalandı

Sosial

22 Oktyabr 2021 10:42 587


Salyanda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Salyan rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib. pizza mizza

Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan İ.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!