Koronavirusa yoluxan xəstələri müalicə edən 3 həkim intihar etdi
06 May 2020 16:43
195

Koronavirusa yoluxan xəstələri müalicə edən 3 həkim intihar etdi

Rusiyada koronavirusa yoluxan xəstələri müalicə edən üç həkim özlərini xəstəxana pəncərəsindən atıblar.

Yenisabah.az xəbər verir ki, hadisələr həkimlərin iş şəraitinin ağırlığını ortaya çıxarıb. Mövcud vəziyyəti tənqid edən Elena Nepomnyaşçaya və Natalya Lebedeva ötən həftə ölüb. Digər intihar edən təcili yardım briqadasının həkimi Aleksandr Şulepovun isə vəziyyəti ağırdır. Onun Kosyakin adlı həmkarı yayımladığı videoda Şulepovun koronavirusa yoluxduğu halda işləməyə məcbur qaldığını, bu səbəblə intihar etdiyini deyib. 

Rusiyanın Səhiyyə Nazirliyi isə dərhal açıqlama verərək Şulepovun diqqətsizlikdən qəza qurbanı olduğunu və hazırda müalicə olunduğunu diqqətə çatdırıb. 

Bildirək ki, Kosyakin daha əvvəl xəstəxana rəhbərliyini sosial şəbəkədə tənqid edərək tibbi ləvazimatlarda çatışmazlıq olduğunu vurğulamışdı. Bu hadisədən sonra o polislər tərəfindən sorğulandıqdan sonra sərbəst buraxılıb. 

Oxşar xəbərlər