Koronavirusdan necə qorunaq? - “Statistika səhvdir“

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan necə qorunaq? - “Statistika səhvdir“

Sosial

14 Sentyabr 2021 14:36 1728


2 ildir bütün dünya koronavirusla mübarizə aparır. Hər kəs düşünürdü ki, virusu məhv etməyin yeganə yolu vaksindir. Lakin peyvənd olunduqdan sonra yenidən virusa yoluxan, hətta dünyasını dəyişənlər var. Bu halda yenidən eyni sual yaranır: bəladan necə qorunaq?

“Son statistikaya əsasən, Azərbaycan əhalinin 80%-nin vaksinasiya olunduğu məlumatı yanlışdır. Baxmayaraq ki, vurulan vaksinlərin sayı 6.5 milyonu keçib”.

Bunu Yenisabah.az-a infeksionist Nicat Əzimli bildirib. Dördpendirli pizza

O, məsələyə aydınlıq gətirib:

“Bu vurulmuş ümumi vaksin sayıdır. İkinci dozanı da vurduranların sayı 3 milyon nəfərə yaxınlaşmaqdadır. Deməli, Azərbaycanda əhalinin 30%-nə ikinci doza vurulub. Eyni zamanda, 3-cü dozasının vaxtı yaxınlaşır, yəni yaranmış süni immunitet zəifləməkdədir”.

Nicat Əzimli vaksinlər haqqında da fikirlərini bildirib:

“Yoluxma saylarına mənfi təsir göstərə bilən digər faktor Azərbaycanda ən geniş istifadə olunan “Coronavac”ın effektinin digər vaksinlərə nisbətən zəif olmasıdır. Lakin, istənilən vaksin kimi “Coronavac”, yaxud “Sinovac” da xəstəliyin ağırlaşmasından insanı müəyyən dərəcədə qoruyur. Ümumən “Pfizer-Biontech” və “Sputnik-V” vaksinləri “Sinovac”ın “coronavac” vaksininə nisbətən dəfələrlə daha effektivdir”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!