Koronavirusla bağlı SON STATİSTİKA:   18 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusla bağlı SON STATİSTİKA: 18 nəfər öldü

Sosial

01 Oktyabr 2021 17:19 893


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınıb, 1816 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 484 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 738 nəfər müalicə olunaraq sağalıb, 6543 nəfər vəfat edib, aktiv xəstə sayı 17 310 nəfərdir. Sezar pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9558, ötən müddət ərzində isə ümumilikdə 4 868 573 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!