Koronaya görə bağlanan məktəblərdən ikisi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronaya görə bağlanan məktəblərdən ikisi açıldı

Sosial

30 Noyabr 2021 11:28 433


Bakıdakı 79 və 185 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenisabah.az-a verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Bildirilib ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!