18 Avqust - 05:55
Kosova münaqişəsi Brüsseldə müzakirə olunacaq

Kosova münaqişəsi Brüsseldə müzakirə olunacaq

Dünya

06 Avqust 2022 12:58 406


Avqustun 18-də Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurtini Kosovo məsələsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün Brüsselə dəvət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Mən Serbiya prezidenti Vuçiçi və Kosovonun Baş naziri Kurtini avqustun 18-də Priştina və Belqrad arasındakı problemi müzakirə etmək üçün Brüsselə dəvət edirəm”, - deyə Cozef Borel bildirib.

Xatırladaq ki, iyulun 31-i axşam saatlarında Kosovo polisinin Serbiya ilə inzibati sektorun keçid məntəqəsini bağlamasından sonra Kosovoda vəziyyət kəskin şəkildə gərginləşib. Buna cavab olaraq Kosovonun şimal hissəsindəki serblər nümayiş keçirərək əsas magistral yolları bağlayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!