Kredit kartları ilə əməliyyatlar kəskin azaldı

saytların hazırlanması

Evə çatdırılma

Kredit kartları ilə əməliyyatlar kəskin azaldı

İqtisadiyyat

04 Sentyabr 2026 12:34 37


Azərbaycanda bank kartları vasitəsilə həyata keçirilən əməliyyatların ümumi həcmində artım dinamikası davam edir. 

“Yeni Sabah”ın məlumatına görə, 2026-cı il avqustun 1-nə ölkədə debet və kredit kartları ilə aparılan əməliyyatların ümumi məbləği 14 milyard 228 milyon manata çatıb. Bu, 2025-ci ilin eyni dövrü (13 milyard 331 milyon manat) ilə müqayisədə 897 milyon manat və ya 6,7% çoxdur.

 Hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların həcmi illik müqayisədə 8% (999 milyon manat) artaraq 13 milyard 524 milyon manata yüksəldiyi halda (ötən il: 12 milyard 525 milyon manat), kredit kartları ilə əməliyyatların həcmi 12,8% (103 milyon manat) azalaraq 703 milyon manata düşüb (ötən il: 806 milyon manat). Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!