Kreml: Bişkekdən gələn xəbərlərdən narahatıq

Kreml: Bişkekdən gələn xəbərlərdən narahatıq

Dünya Veb saytların hazırlanması

05 İyun 2023 13:34 735


Kreml mümkün dövlət çevrilişi iştirakçılarının kütləvi şəkildə saxlanılması ilə bağlı Qırğızıstandan gələn narahatedici xəbərləri diqqətlə izləyir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O deyib: "Əlbəttə, çox narahatedici xəbərlər gəlir. Biz xəbərləri diqqətlə izləyirik. Daha ətraflı məlumatımız yoxdur".

Bundan əvvəl iyunun 5-də “24.kg” agentliyi öz mənbələrinə istinadən Qırğızıstanın xüsusi xidmət orqanlarının mümkün dövlət çevrilişi iştirakçılarının kütləvi saxlanması barədə məlumat yayıb. Nəşr bir neçə şübhəlinin həbsini əks etdirən video yayımlayıb. Bir qrup şəxsin hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdığı bildirilir. Saxlanılanların kimliyi məlum deyil.

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi hələlik bu məlumatı şərh etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!