Bakı Limanında böyük dəyişiklik olacaq - SƏNƏD İMZALANDI!

saytların hazırlanması

Evə çatdırılma

Bakı Limanında böyük dəyişiklik olacaq - SƏNƏD İMZALANDI!

İqtisadiyyat

02 Noyabr 2026 15:20 135


Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atılıb. Bakı Beynəlxalq Dəniz Limanında yeni yük terminalının yaradılması və Xəzər dənizində müasir bərə sisteminin qurulması ilə bağlı razılıq əldə olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana səfəri çərçivəsində “Samruk-Kazyna” Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. pizza mizza

Görüş zamanı iki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının inkişafına yönəlmiş iki sənəd imzalanıb.

Sənədlərdən biri AZCON Holding və “Samruk-Kazyna” arasında yeni “Xəzər körpüsü” (“Super Ferry”) Transxəzər bərə sisteminin yaradılması üzrə strateji əməkdaşlığı nəzərdə tutur. Layihə Ələt və Kurık limanları arasında yüksək tutumlu müasir bərələrlə müntəzəm yükdaşımaların təşkilini, ixtisaslaşdırılmış terminalların inkişafını və vahid logistika sisteminin formalaşdırılmasını əhatə edir.

Əsas məqsəd dəniz keçidi və liman əməliyyatlarına sərf olunan vaxtı azaltmaq, daşımaların etibarlılığını artırmaq və Orta Dəhlizin rəqabət qabiliyyətini gücləndirməkdir.

Digər sənəd isə Bakı Beynəlxalq Dəniz Limanının ərazisində intermodal yük terminalının yaradılması ilə bağlıdır. Bu istiqamətdə əsas şərtlər sənədi AZCON Holding-ə daxil olan ADY və Qazaxıstanın “Қазақстан темір жолы” SC arasında imzalanıb.

Yeni terminalın konteyner və digər yük axınlarının cəlb edilməsinə, liman və dəmir yolu əməliyyatlarının inteqrasiyasına, eləcə də Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılmasına xidmət edəcəyi gözlənilir.

Layihənin həyata keçirilməsi üçün terminalın əməliyyat və kommersiya fəaliyyətini idarə edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Növbəti mərhələdə investisiya modeli və maliyyələşdirmə şərtləri layihənin texniki-iqtisadi göstəriciləri əsasında müəyyənləşdiriləcək.

Görüşdə, həmçinin korporativ idarəetmə, portfel şirkətləri arasında koordinasiya, dibdərinləşdirmə işləri və dəniz infrastrukturu layihələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!