"Növbəti mərhələnin cədvəli ilə bağlı hələlik razılıq yoxdur, amma düşünürəm ki, tezliklə əldə olunacaq. Hər şeyi müzakirə edib razılığa gələcəyik".
"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
"Düşünürəm ki, TRIPP infrastrukturuna bağlı ərazilərdə sərhəd delimitasiyası işlərinin qeyri-adi şəkildə aparılma ehtimalı yüksəkdir ki, iş təşkil olunsun və həyata keçirilsin. İndi isə hər şeyi sonradan köçürəcəyimiz TRIPP-nin yaradılmasını gözləmədən elektrik xətləri, yollar və dəmir yolları üzrə layihələndirmə işlərinə başlamaq istəyirik. Pepperoni pizza
Hər üç infrastruktur Sünik bölgəsində tikilməlidir. Layihələndirmə işləri artıq başlayıb. Hazırda planları nəzərdən keçiririk və optimal variantı seçirik. Ən optimal variantı tapmalıyıq ki, birincisi, investisiyalar effektiv olsun, ikincisi, infrastruktur regionda rəqabətədavamlı olsun. "İstənilən şey tikilə bilər, amma beynəlxalq logistikada rəqabətədavamlı olacaq şəkildə tikilməlidir", - Qriqoryan deyib.
Sərhəd delimitasiyasının növbəti mərhələsinin TRIPP ərazisində baş tutma ehtimalı olub-olmadığı soruşulduqda, Baş nazirin müavini müsbət cavab verib:
"Düşünürəm ki, bunun baş vermə ehtimalı yüksəkdir, çünki TRIPP tez bir zamanda həyata keçirilməlidir".
M.Qriqoryan sərhəd delimitasiyası prosesinin yavaşladığı fikri ilə razılaşıb:
"Eyni zamanda, qaydalar, hüquqi çərçivə mövcuddur və indi iş, şükürlər olsun ki, artıq tamamladığımız mürəkkəb hüquqi prosedurlardan fərqli olaraq, daha texniki və topoqrafik xarakter daşımalıdır".
Telegram kanalımız