Kreml Böyük Britaniyanın Ukraynaya “Challenger 2” tankları vermək niyyətinə mənfi münasibət bəsləyir.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov brifinqdə deyib.
O bildirib: "Biz bunu çox mənfi qarşılayırıq. Münasibətimizi gizlətmirik. Ukrayna üçün qabaqcıl hərbi texnika döyüş meydanında fərq yarada bilməz. Onlar bunu başa düşməlidirlər. Onlar Ukrayna dövlətinə daha çox bəla gətirməyə qadirdirlər. Ukraynada yaşayan insanların taleyi, onların gələcək aqibəti onları maraqlandırmır. Bu ölkədən anti-Rusiya məqsədlərinə çatmaq üçün alət kimi istifadə edirlər". Toyuqlu pizza
Telegram kanalımız