Kremldən təkzib: Təqsirkar rəsmi Kiyevdir

saytların hazırlanması

Evə çatdırılma

Kremldən təkzib: Təqsirkar rəsmi Kiyevdir

Dünya

06 İyun 2023 14:38 825


Kreml Rusiyanın Kaxovka SES-in partladılmasında iştirakını qəti şəkildə təkzib edib.

Yenisabah.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunun Kiyevin planlı təxribatının nəticəsi olduğunu bəyan edib.

O bildirib: "Biz ittihamları qətiyyətlə rədd edə bilərik. Rəsmi şəkildə bəyan edirik ki, burada açıq-aydın söhbət Ukrayna tərəfinin farişlə planlaşdırılan və həyata keçirdiyi məqsədli təxribatdan gedir". pizza sifarişi

Peskovun sözlərinə görə, “Kiyev rejimi bütün nəticələrə görə tam məsuliyyət daşımalıdır”.

Xatırladaq ki, Kaxovka SES-in bəndləri və digər yerüstü strukturları dağıdılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!