Kür çayında axtarılan qadın Bakıda imiş...

saytların hazırlanması

Evə çatdırılma

Kür çayında axtarılan qadın Bakıda imiş...

Hadisə

07 Noyabr 2024 22:11 1712


Özünü Kür çayına atdığı ehtimal olunan Neftçalanın rayon Bankə qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Məmmədova Vəfa Ruxsad qızının Bakı şəhərində olduğu məlum olub.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, qadın hazırda Bakıdakı sığınacaqlardan birindədir.

Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Toyuqlu pizza

Belə ki, bu hadqa iki gün öncə evdən çıxan və çayın qırağında paltarları tapılan qadının yaxınları onun üzünü çaya atdığını ehtimal edərək məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!