Laçın yolunda AKSİYA:   1 ay oldu 

saytların hazırlanması

Evə çatdırılma

Laçın yolunda AKSİYA: 1 ay oldu 

Rəsmi

10 Yanvar 2023 08:47 632


Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil olunan aksiya bu gün səhər saatlarında da sivil qaydalar çərçivəsində yüksək əzmlə davam edir. 

Yenisabah.az xəbər verir ki, etirazçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldırıb, şüarlar səsləndirirlər. 

Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini coşqu ilə davam etdirirlər.  Dördpendirli pizza

Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir neqativ təmas və insident müşahidə edilməyib. 

Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya ötən il dekabrın 12-dən başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!