16 Avqust - 10:43
Laçında əsgərimiz şəhid olub – SON DƏQİQƏ!

Laçında əsgərimiz şəhid olub – SON DƏQİQƏ!

Sosial

06 İyul 2022 16:23 1463


Laçın rayonunda hərbi xidmətdə olan Yevlaxın salahlı kənd sakininin hərbi xidmətdə şəhid olması xəbəri yayılıb.

Yenisabah.az Meydan TV-yə istinadla xəbər verir ki, əsgər Rəvan Zeynalabdin oğlu Tağıyevin şəhid olması barədə yaxınları sosial şəbəkədə məlumat yayıblar:

“Səhər əmisinə zəng vurublar ki, qardaşın oğlu şəhid olub, gəlin cənazəni götürün. Tam olaraq hadisə necə baş verib hələ bilmirik. Sadəcə boğazından güllə ilə vurulub”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Yevlax rayon şöbəsinin əməkdaşı hadisəni təsdiqləsə də, səbəbləri barədə məlumatsız olduğunu bildirib:

“Hazırda adamlar əsgərin dəfninə gedib. Ekspertizanın cavabı olmadan heç nə deyə bilmərəm.”

Müdafiə Nazirliyinin Mətbüat Xidməti rəhbəri Anar Eyvazov hadisənin araşdırıldığını bildirib:

“Araşdırırıq. Cavab verəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!