“3+3 formatı” Qafqaz regionunun güclənməsinə yönəlib”.
Yenisabah.az “Rossiya-24”ə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib: “Bu regionda konstruktivliyin formalaşmasına diqqətin artırılmasını təşkil etmək üçün “3+3" formatını təşviq edirik. İlkin təmas artıq baş tutub, buna davam edəcəyik”. pizza
İlkin olaraq, Azərbaycan və Türkiyə “3+3 platforması”nın yaradılması təşəbbüsü ilə çıxış edib. Region ölkələri bu təşəbbüsə müsbət rəy versələr də, Gürcüstan hakimiyyəti formatda iştirakdan imtina edib. Buna səbəb Rusiyanın Gürcüstanın 2 ərazisi – Abxaziya və Cənubi Osetiyanı işğal altında saxlamasıdır.
Xatırladaq ki, “3+3 regional platforması”nın ilk iclası 2021-ci il dekabrın əvvəlində Moskvada keçirilib.
Telegram kanalımız