“Qərb Ukraynadakı vəziyyətlə bağlı inkişaf etməkdə olan ölkələrin neytrallığına hörmət etməlidir”.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” kanalına müsahibəsində deyib:
“Fevralın 24-də Ukraynanın təşəbbüsü ilə hazırlanan sülh sammiti anti-Rusiya xarakteri daşıyır. Biz ildönümü üçün “hesabat” hazırlayırıq. Burada, o cümlədən Ukraynadakı ABŞ laboratoriyalarının fəaliyyəti haqqında məlumatlar olacaq. ABŞ-ın dünyada hegemonluğunu necə əldə etdiyini izah etməliyik. Onlar “sövdələşmə” edəndə əvəzində heç nə təklif etmirlər. Deyirlər ki, ya istədiyimizi edərsən, ya da səni cəzalandırarıq. Qərb Rusiyaya elə bir məğlubiyyət yaşatmağa çalışır ki, bununla da Rusiya onilliklər ərzində özünə gəlməsin”. Sezar pizza
Nazir əlavə edib: “Moldova Ukraynanın roluna göz dikib. Sandu Moldova və Rumıniyanın birləşməsinə hazırdır və o, həm də NATO-ya üzv olmaq arzusundadır. Gürcüstanı da Qərbdə yeni anti-Rusiya dövləti hesab edir, hətta onlar ölkəni Saakaşvilinin aqressiv dövrünə qaytarmaq istəyirdilər, amma alınmadı”.
Telegram kanalımız