Lavrov Belarusun yeni XİN rəhbəri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Lavrov Belarusun yeni XİN rəhbəri ilə görüşdü

Dünya

19 Dekabr 2022 16:52 619


Minsk və Moskva görünməmiş xarici təzyiq fonunda əməkdaşlığı inkişaf etdirməyi zəruri hesab edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Rusiyanın XİN rəhbəri Sergey Lavrovla belaruslu vəzifədaşı Sergey Aleynik cari gündəliyin konkret aktual məsələlərini müzakirə ediblər. Sezar pizza

“Nazirlər Qərbin qeyri-qanuni sanksiyalarının təzyiqinə qarşı mübarizə, eləcə də beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət mövzusunu ətraflı müzakirə ediblər. Ticarət-iqtisadi əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinə istinad edilib. Nazirlər xarici işlər nazirliklərinin kollegiyalarının birgə iclasının keçirilmə tarixini razılaşdırıblar. İclas 2023-cü ilin yanvar ayının ikinci yarısına planlaşdırılıb”, – deyə məlumatda qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!