Lavrov istefa verəcək? - Kremldən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Lavrov istefa verəcək? - Kremldən açıqlama

Dünya

15 Dekabr 2022 14:15 960


Kremlin sözçüsü Dmitri Peskov Rusiya XİN başçısı Sergey Lavrovun istefa verəcəyi ilə bağlı məlumatları təkzib edib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, Peskov bu cür şayiələrə inanmağın doğru olmadığını bildirib.

Kreml rəsmisi Polşanın Rusiyanı "terrorizmi dəstəkləyən dövlət" kimi tanımasına da toxunub. O, qərarı "anti-Rusiya isterikası" adlandırıb. pizza hut

Dmitri Peskov, həmçinin Qərb ölkələrinin Rusiyanın neft sektoruna qarşı "tavan qiymət siyasəti" tətbiq etməsinə cavab xarakterli addımların hazırlandığını qeyd edib.

"Bu həftə Putinin cavab tədbirləri haqqında qərarı olacaq", - deyə Peskov söyləyib./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!