4 İyul - 04:05
Lavrov: “Xəzər sammiti barədə ümumi razılıq var“

Lavrov: “Xəzər sammiti barədə ümumi razılıq var“

Bölgə

23 İyun 2022 15:44 528


"Xəzər “beşliyi” ölkələri (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) iyunun 29-da Aşqabadda keçiriləcək altıncı Xəzər sammitinə hazırlıqla bağlı razılığa gəliblər".

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib: "Biz Xəzər beşliyinin üzvləriyik. Gələn həftə Aşqabadda Xəzəryanı dövlətlərin sammiti olacaq və biz bu mühüm hadisəyə hazırlıqla bağlı hərəkətlərimizi razılaşdırdıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!