Lerikdə meşədə yanğın

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə meşədə yanğın

Hadisə

26 İyul 2020 19:03 999


Lerik rayonunun Vistən kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə (Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gürdəsər meşəbəyliyinin 8 saylı dolayı) 5 ha sahədə sıx kollar, qurumuş ağaclar və qismən ağaclar yanıb.

Bu barədə Yenisabah.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, meşə zolağı yanğından mühafizə olunub. Dominos pizza

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Lerik Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!