Litva Ukraynaya iki "Mi-8" helikopteri və "L-70" qısa mənzilli zenit silahı təhvil verəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvydas Anusauskas sosial şəbəkədə məlumat yayaıb.
"Litvanın Ukraynaya yeni yardım paketinə ondan çox L-70 zenit silahı, döyüş sursatı və iki Mi-8 helikopteri daxildir. Bu partiyanın ümumi dəyəri təxminən 125 milyon avro təşkil edir", - deyə o qeyd edib. pizza
Litva ordusunda cəmi 3 sovet istehsalı olan "Mi-8" helikopteri və təxminən 10 il əvvəl alınmış 3 "Dauphin" helikopteri var.
Telegram kanalımız