Bu gün əsas təhlükələrdən biri informasiya və psixoloji təsirdir.
Yenisabah.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 52-ci iclasının iştirakçıları ilə görüşündə deyib.
O bildirib: “Bu gün əsas təhlükələrdən biri informasiya və psixoloji təsir, bilərəkdən yalan, saxta məlumatların yayılmasıdır. Bu cür hərəkətlərin məqsədi dövlətlərimizin beynəlxalq aləmdə nüfuzunu aşağı salmaqdır. Həm də təkcə bu deyil. İnformasiya-psixoloji müharibə əsasdır və onun altında hər şey ümumiləşdirilir: iqtisadiyyat da, elmi-texniki əməkdaşlıq da, internet də, hətta silahlı təxribatlar da". Marqarita pizza
Lukaşenkonun sözlərinə görə, Qərbin faktiki informasiya inhisarçılığı, xüsusən də internet, böyük sosial şəbəkələr və beynəlxalq media üzərində nəzarət buna ancaq kömək edir.
Telegram kanalımız