Lukaşenkonun həbsinə order verilsin - Qətnamə

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenkonun həbsinə order verilsin - Qətnamə

Dünya

14 Sentyabr 2023 13:30 646


Avropa Parlamenti Haaqa Beynəlxalq Cinayət Məhkəməsini (ICC) Belarus lideri Aleksandr Lukaşenkonun həbsinə order verməyə çağırıb.

Yenisabah.az DW-yə istinadla xəbər verir ki, qətnamədə Lukaşenko Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrindən 2150-dən çox uşağın, o cümlədən kimsəsizlərin Belarusdakı qondarma sağlamlıq düşərgələrinə məcburi köçürülməsində şərik kimi göstərilir.

Qanunvericilərin fikrincə, həmin düşərgələrdə uşaqlar “ruslaşdırmaya və ideoloji təlqinə məruz qalırlar”. Pepperoni pizza

Avropa Parlamentinin fikrincə, Lukaşenko, Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanı bu hərbi cinayətlərə görə məsuliyyət daşıyır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!