Maaş artımından 1 milyon 800 minədək vətəndaş yararlanacaq - Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

Maaş artımından 1 milyon 800 minədək vətəndaş yararlanacaq - Nazir müavini

Sosial

20 Oktyabr 2021 12:09 798


“Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələrək sosial artımlarla bağlı növbəti iki ay ərzində təkliflər hazırlanmalıdır. Bu artımlar əsasən əməkhaqlarını, əmək pensiyalarını və sosial müavinətləri, eləcə də təqaüdləri və digər sosial ödənişləri əhatə edir”.

Yenisabah.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, artımlar genişmiqyaslı olacaq: “Təxminən 1 milyon 800 min nəfərədək vətəndaşımız bu artımdan yararlana biləcək. Hazırda növbəti ilin dövlət büdcəsinin müzakirəsi gedir. Düşünürük ki, proseslər paralel aparılacaq. Gələn ildən yeni artımların şahidi olacağıq”. pizza sifarişi

Nazir müavini xatırladıb ki, sosial artımlar 2019 və 2020-ci illərdə də olub: “Bu artımlar həmin sosial islahatların məntiqi davamı olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ANAR BƏY PENSİYALAR ARTMAMIŞ ARTIQ MARKETLƏRDƏ ƏRZAQLARIN QİYMƏTİ 20 % ARTIB. ÇÖRƏYİN QİYMƏTİ 40QƏPİK QALIB ÇƏKİSİ XEYLİ AZALIB.
    5 years ago