Maaş və pensiayalar yenidən artacaq? - Nazirlikdən rəsmi cavab

saytların hazırlanması

Evə çatdırılma

Maaş və pensiayalar yenidən artacaq? - Nazirlikdən rəsmi cavab

Sosial

23 Fevral 2024 14:01 29855


Azərbaycanda maaş, pensiya və müavinətlərin yenidən artırılacağı ilə bağlı müzakirələr başlayıb. Sosial mediada gedən müzakirələrə həm vəzifəli şəxslər, həm də iqtisadçılar tərəfindən münasibət gəlib. 

Maaş və pensiyaların artırılmasına əsas kimi neft və qaz satışından əldə olunacaq əlavə gəlirlər göstərilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi yutub səhifəsinə "Maaş və pensiyalara yenidən baxıla bilər" başlıqlı video da yerləşdirilib. Nazirliyə məxsus platformaya bu məzmunda videonun yerləşdirilməsi mövzunu daha da gündəmə gətirib.  Dominos pizza

Qeyd edək ki, ARB kanalında yayımlanan "Günə doğru" verilişində deputat Vahid Əhmədovdan sitat gətirilir ki, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır. 

Azərbaycanda pensiya və maaşların yenidən artırılacağı ilə iddialar həqiqəti əks etdirirmi? Müharibə veteranı və iştirakçılarının pensiyası artırıla bilərmi? Bu istiqamətdə müzakirələr gedibmi? Bu suallara cavab tapmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirliyin BAKU.WS-in sorğusuna cavabı belə oldu:

"Aparılan sosial islahatların mühüm istiqamətini sosial ödənişlərin, o cümlədən pensiya və əməkhaqlarının artırılması təşkil edir.

Bu istiqamətdə növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb. Ümumilikdə hər il pensiyalarda, əməkhaqlarında davamlı artım özünü göstərir.

Xüsusilə 2028-2023-cü illərdə 4 sosial islahat paketi icra olunmaqla minimum pensiyada 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, orta aylıq əməkhaqqında 70 faizdən çox artım baş verib. Bütün bu rəqəmlər ölkəmizdə sosial ödənişlərin artım dinamikasının davamlı xarakter aldığını göstərir.

Müharibə veteranları da aylıq təqaüdlə təmin olunmaqla yanaşı, onların aktiv məşğulluq proqramlarına cəlb olunması işləri aparılır. Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketi çərçivəsində həmin kateqoriyalardan olan 21 minə yaxın şəxsin məşğulluğu təmin edilib, həmçinin 10,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik biznes sahələri yaradılıb.

Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 331 min xidmət göstərilib.

Onu da bildirək ki, müharibə veteranları və iştirakçıları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəsissələrini qurmaları üçün aktivlərlə təmin olunurlar. Eyni zamanda, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilirlər.

Əmək və vergi qanunvericiliyində də müharibə veteranları üçün bir sıra güzəştlər nəzərdə tutulub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cehun
    Salam.bu hakikaten haqqsizliqdi.hessas qrupdan olan 1ci qrup imumi elillerin muavinetleri artmayıb.nezere alsaq ki,bu qrup vetendaslar daima maddi cetinlikl uzlesir.
    2 years ago
  • Cehun
    Salam.bu hakikaten haqqsizliqdi.hessas qrupdan olan 1ci qrup imumi elillerin muavinetleri artmayıb.nezere alsaq ki,bu qrup vetendaslar daima maddi cetinlikl uzlesir.
    2 years ago
  • Cehun
    Salam.bu hakikaten haqqsizliqdi.hessas qrupdan olan 1ci qrup imumi elillerin muavinetleri artmayıb.nezere alsaq ki,bu qrup vetendaslar daima maddi cetinlikl uzlesir.
    2 years ago
  • Qumru
    Salam xahiş edirəm xəstə uşaqlarinda pensiyasına artım olunsun
    2 years ago
  • Terane
    Salam men xestelikle bagli muavinat akiram 150manat niye xestelerin pulu qalxmir 52 tasim vat hra gedirem is vermirler yasim coxdu dermanima catmir o pul bes neyleyim derman alim yoxsa bu pulla qidalanim ? Xahis edirem 3qrup myavinetlerede yrniden baxilsin iskeme quvvem yoxdu
    2 years ago
  • Zakir
    Hele bizimde Mayisi qaxmayib Bu yalanlar ved verirler ayibdir Mayis qalxacaq helede qaxmir Hele bu Memurlarin mayis qaxir bir memur aldigi 10min mayisa dolana bilmirse biz neyirek bu 345aznen Sizce dolanmaq olarmi o pulnan yasa gedim toya gedim kamunal verim neynirim her sey bahadir Bir az kasibida basa dusun Eger insavisiviz varsa Yalanan ved verisiz
    2 years ago
  • Nicat
    Salam mənim Anam xəstədir qocaliq pensiyası alır oda fərmanlarına çatmır heç bu ildə heç bir artım olmadı bəs bu xəstə insanlar neyləsin hər seyidə bahalasdiriblar kasıblar neyləsin
    2 years ago
  • Nicat
    Salam mənim Anam xəstədir qocaliq pensiyası alır oda fərmanlarına çatmır heç bu ildə heç bir artım olmadı bəs bu xəstə insanlar neyləsin hər seyidə bahalasdiriblar kasıblar neyləsin
    2 years ago
  • Gülnar
    9 yaşında oğlum birinci qrup əlildi.Bu ay guya artımla veriləcəkdi pensiya.Sosiala zəng vurdum,mənə dedi ki Prezident hələ imzalamayıb əlillərin pensiya artımı barədə olan sərəncamı.
    2 years ago
  • RAMİZ
    BİZ ELİLLERİN PENSİYASİ GALDİKİ,YENİDENDE GALXSİN 2024 CÜ İLDE.ELİLLERİN PENSİYASİ NİYE GALXMADİ 2024CÜ İLDE,HER ŞEY BAHALAŞİB DERMANLARİMİZİ ALA BİLMİRİK,ERZAG BAHA HERŞ EYİN GİYMETİ GALXDİ AMMA BİZ ELİLLERİN PENSİYALARİ Q1 MANATDA GALXMADİ.
    2 years ago
  • Ceyhun
    Hansı Maaş Qalxıb ki ... Yenidən qaldırıla....3-cü ildir ki qalxma yoxdur ölmə var....
    2 years ago
  • Murad
    Siz cari ilde hansi artimi nəzərdə tutursuz ancaq dövlət hesabına məliyyələşdirən bəs Socar, Azəriqaz, Azərsu şirkətlər öz hesabına maliyyələşir orda işləyənlər adam deyil? Elə tutdurmusuzku artim göstərində mən Docarda işləyirəm amma artım olmayıb dolamayin camahatı
    2 years ago
  • Elman
    DSMF bizi Qaziləri dolayıb Yoxsa necə 3 ay mətbuat bezdirici çıxışlarla artım artım olacaq yenə də 80 manat aldım . eğer DSMF büdcəsi acınacaqlı vəziyyət hökm sürür se gəl 80 manatı verim sənə.Ayib olsun Ayıb.
    2 years ago
  • Muzadil
    Bu sosiyal pensiya alanlarin pullari niye qalxmayibdir biz marketden nese alanda pul vermirik uje 3 ildi artim vermirsiz bele hormetsizlik olar 3 usaqla kirede qaliram 150 manat 3 qruba pul verirsiz ne edek ozumuzu asaa oldurek 3 cu qruba emek qabilyetsiz yaziblar mene ozude baxici teleb olunur hekimler terefinden yazilibdir amma 3 cu qrub veribsiz bizler adam deyilik aile sahibi deyilik biz qida almiriq bizde bu olkenin vetandasi deyilik bele sey olar allah sizlere ele derd versin ki derdinize derman tapilmasin insallah menim 3 usagim nece yuxudan qalxanda yemek tapmirlar ki ey sizin usaqlarda yataqlarda qalsin insallah
    2 years ago
  • Yunis
    Ailə başçısını itirmiş ailələrin pensiya artirilmayib
    2 years ago
  • GÜNEL
    Özünüz bu danışdıqlarınıza inanırsınız? Bu idi ölkənin rifahı 3 cü qurub sosial müvinətlər artmayıb.3 cü qurub insanlra hava su ilə qidalanır?bu artım vaxdı
    2 years ago