Makron şərqi avropalılardan üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Makron şərqi avropalılardan üzr istədi

Dünya

01 İyun 2023 14:22 652


Emmanuel Makron Şərqi Avropa ölkələrindən üzr istəyib.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, Fransa prezidenti Bratislavada keçirilən GLOBSEC forumu zamanı bu barədə danışıb.

O bildirib ki, Fransa Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl Şərqi Avropa ölkələri Rusiyanın planları barədə xəbərdarlıq edəndə onlara daha çox diqqət yetirməli idi. pizza

Fransa prezidenti Aİ-nin şərq və qərb üzvləri arasında Rusiya ilə bağlı məsələlərdə mövcud fikir ayrılıqlarını nəzərə alaraq, “köhnə” və “yeni” Avropanın bölünməsinin yolverilməzliyini vurğulayıb.

“Bəziləri deyir ki, susmaqla fürsəti əldən verdik. Düşünürəm ki, biz də sizi dinləmək fürsətini əldən verdik. İndi hər şey keçmişdə qalıb. Buna görə üzr istəyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!