Maradonanın ölümü ilə bağlı məhkəmədə ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Maradonanın ölümü ilə bağlı məhkəmədə ŞOK İDDİA

Dünya

13 May 2026 09:30 179


Argentina futbolunun əfsanəsi Diego Armando Maradonanın şübhəli ölümü ilə bağlı davam edən məhkəmə prosesində diqqətçəkən detallar üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, paytaxt Buenos Airesə bağlı San İsidro Cinayət Məhkəməsində keçirilən iclasda Maradonanı özəl klinikada müalicə edən iki həkim ifadə verib.

Həkimlərin sözlərinə görə, əfsanəvi futbolçu ölümündən qısa müddət əvvəl yüksək təzyiq dərmanlarını qəbul etməyi dayandırıb. Onlar bildiriblər ki, ciddi ürək problemləri olan Maradonanın vəziyyəti məhz bu səbəbdən daha da ağırlaşıb. Pepperoni pizza

İstintaqı aparan prokurorluq isə Maradonanın uzun illərdir ürək xəstəliklərindən və müxtəlif patologiyalardan əziyyət çəkdiyini, buna baxmayaraq təqsirləndirilən tibbi heyətin bu vəziyyəti kifayət qədər nəzərə almadığını iddia edir.

Kardioloq Oscar Franko ifadəsində bildirib ki, o, 2 sentyabr 2020-ci ildə La Plata şəhərində yerləşən “Ipensa” klinikasında Maradonanı müalicə edərkən futbolçu “Losartan” adlı təzyiq dərmanından istifadə edib.

Həkimin sözlərinə görə, həmin dərmanın dayandırılması damar sistemində və ürək əzələsində ciddi problemlər yaradaraq ürək çatışmazlığı riskini artıra bilər.

Eyni klinikada 2 noyabr 2020-ci ildə Maradonanı müayinə edən terapevt Markos Korrea isə futbolçunun istifadə etdiyi dərmanları qeydə alarkən üç fərqli psixiatrik preparat aşkar etdiyini, lakin yüksək təzyiq üçün hər hansı dərmana rast gəlmədiyini deyib.

Argentinada davam edən məhkəmə işi Maradonanın ölümünün qarşısının alınıb-alına bilməyəcəyi sualına cavab axtarır.

Prokurorluq ev şəraitində aparılan müalicənin yetərsiz olduğunu, mütəmadi tibbi nəzarətin həyata keçirilmədiyini və Maradonanın səhhəti pisləşsə də, lazımi müdaxilələrin vaxtında edilmədiyini bildirir.

İttiham tərəfi həmçinin əfsanəvi futbolçunun tibbi heyət tərəfindən “taleyin ümidinə buraxıldığını” iddia edir.

Bu iş üzrə beyin cərrahı Leopoldo Luke, psixiatr Aqustina Kosachov, tibb bacıları və səhiyyə koordinatorları daxil olmaqla 7 nəfər mühakimə olunur.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə vəfat edib. Onun ölümündən sonra başladılan istintaq çərçivəsində 7 tibb işçisi məşhur futbolçunun ölümünə səbəb olmaqda ittiham olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!