Maska və COVID pasportunun ləğvi -   İnfeksionist: “Bu, Azərbaycanda da gözlənilir“

saytların hazırlanması

Evə çatdırılma

Maska və COVID pasportunun ləğvi - İnfeksionist: “Bu, Azərbaycanda da gözlənilir“

Sosial

08 Aprel 2022 17:52 1195


“Pandemiyanın bitməsi o demək deyil ki, virus tamamilə həyatımızdan çıxır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.

Azərbaycanada yoluxma sayı artıq ikirəqəmlilər üzərindədir. Bəziləri düşünür ki, artıq koronavirusun kökü kəsilib, peyvəndə ehtiyac yoxdur. Sezar pizza

Mərdan Əliyevin sözlərinə görə, yoluxma sayı payızda yenidən yüksələcək:

“Yoluxma sayı azalıb, pandemiya artıq bitib. Lakin pandemiyanın bitməsi o demək deyil ki, virus tamamilə həyatımızdan çıxır. Virus bizimlə olacaq, amma pandemiya səviyyəsində olmayacaq. Üzü payıza doğru müəyyən alovlanmalar ola bilər. Qrip kimi”.

İnfeksionist 3-cü dozanın vurulmasına ehtiyac olmadığını söyləyib:

“Xüsusi risk qrupuna daxil olan şəxslər 65 yaşdan yuxarı olanlardır. Onlar peyvənd olunmalıdır, lazım gəlsə, 4-cü dozanı da vurdurmalıdırlar".

M. Əliyev qeyd edib ki, yaxın vaxtlarda maska və peyvənd sertifikatı ləğv oluna bilər:

“Bəzi ölkələrdə həm peyvənd sertifikatı, həm də maska məcburiyyəti ləğv olunur. Bu, Azərbaycanda da gözlənilir. Əgər səxs xəstəliyi bir dəfə keçiribsə, cavan və sağlamdırsa, 3-cü dozaya ehtiyac yoxdur”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!