Mauro İkardinin gələcəyi ilə bağlı   YENİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Mauro İkardinin gələcəyi ilə bağlı YENİ AÇIQLAMA

İdman

15 İyul 2026 19:56 74


Mauro İkardinin "Qalatasaray"dakı gələcəyi ilə bağlı yeni açıqlama verilib.

"Yeni Sabah" xəbər verir ki, argentinalı hücumçunun meneceri Elio Pino klub prezidenti Dursun Özbeklə danışıqların davam etdiyini bildirib.

Onun sözlərinə görə, tərəflər arasında müzakirələr müsbət istiqamətdə gedir və yaxın vaxtlarda yekun qərarın veriləcəyi gözlənilir. Dominos pizza

"Prezident Dursun Özbəklə danışıqlarımız davam edir. Bu dəfə çox nikbinəm. "Qalatasaray"dan başqa heç bir klubla danışmırıq. Düşünmürəm ki, proses uzun çəkəcək. Qısa müddətdə nəticə əldə edəcəyik", – deyə Pino bildirib.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ildə PSJ-dən icarə əsasında "Qalatasaray"a transfer olunmuşdu. Daha sonra İstanbul təmsilçisi onun transfer hüquqlarını almışdı.

Argentinalı futbolçu "Qalatasaray"ın heyətində 4 Türkiyə çempionluğu, 1 Türkiyə Kuboku və 1 Superkubok qazanıb. O, həmçinin 2023-2024 mövsümündə Türkiyə Superliqasının bombardiri olub.

İkardi 2025-ci ilin dekabrında vurduğu 60-cı liqa qolu ilə George Hacini geridə qoyaraq "Qalatasaray" tarixində Superliqada ən çox qol vuran əcnəbi futbolçu adına sahib çıxıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!