Medvedev: “Kifayət qədər silahımız var“

Medvedev: “Kifayət qədər silahımız var“

Dünya

24 Yanvar 2023 17:21 382


Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiyanın kifayət qədər silah və məhvetmə vasitələri var.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, o, hərbi-sənaye kompleksinin işçi qrupunun iclası zamanı deyib: "Rəqiblərimiz izləyir, vaxtaşırı bəyanatlar verirlər ki, bizdə bu və ya digər silah yoxdur, 2 atımlıq raket qalıb. Sonra başqa söz deyəcəklər. Onları məyus etmək istəyirəm. Bizdə hər şey kifayət qədərdir".

D. Medvedev əlavə edib: "Bu il, ilin əvvəlindən ən çox tələb olunan silah növlərinin, hərbi texnikanın və məhvetmə vasitələrinin tədarükü həyata keçirilir. Söhbət minlərlə vahiddən gedir. İlin sonunda əldə edilmiş bu temp indiki dövrdə də qorunmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!