Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Məktəbə getməyən şagirdlər necə təhsil alacaq?   - Nazirlikdən açıqlama
21 Sen 2021 12:10
365

Məktəbə getməyən şagirdlər necə təhsil alacaq?  - Nazirlikdən açıqlama

Koronavirusun çox yayıldığı ərazilərdə övladlarını məktəbə göndərməyən valideynlər uşaqların təhsilinə özləri cavabdehdir.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Trend-in sorğusuna cavabda deyilir.

Bildirilir ki, koronavirusla bağlı övladını məktəbə göndərmək istəməyən və ya göndərə bilməyən valideynlər bu barədə iltizam imzalayacaqlar və övladının məktəbə gəlmədən təhsilini təmin etmək üçün bütün məsuliyyəti öz üzərinə götürəcəklər:

"Həmçinin bildiririk ki, teledərslərin yayımlanması bu tədris ilində də davam edəcək".

Qeyd edək ki, Azərbaycanda 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Təhsil Nazirliyinin açıqladığı qaydalara görə, valideynlər iki halda övladlarını məktəbə göndərməyə bilərlər: birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə, ikinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər