Məktəblərdə COVID-ə yoluxma: İnformasiya gizlədilir?

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə COVID-ə yoluxma: İnformasiya gizlədilir?

Sosial

15 Yanvar 2022 13:16 664


Orta məktəb və universitetlərdə yoluxma sayı ilə bağlı artıq heç bir məlumat açıqlanmır. Hansı sinifdə və ya qrupda nə qədər yoluxma olduğu, yaxud karantinə qabağndığı bilinmir. Bu, məqsədli senzuradır, yoxsa koronavirusa yoluxmaya rast gəlinmir?

Yenisabah.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib ki, hazırda təşviş yaradacaq hal yoxdur:

“Narahatlığa əsas görmürük. Qrip hər zaman bu fəsillərdə rast gəlinən xəstəlikdir. Belə olduğu halda təbii ki, xəstə şagird və ya müəllim varsa, bir müddət ya ev şəraitində və ya xəstəxanada müalicə olunur”. pizza sifarişi

C.Valehovun sözlərinə görə, nə Təhsil Nazirliyi, nə də Operativ Qərargahda təhsil müəssisələrində COVID-19-a yoluxma barədə məlumat yoxdur”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!