Məktəblərdə müəllimlərin cins problemi

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə müəllimlərin cins problemi

Sosial

27 İyul 2022 10:42 1301


“Orta məktəb statistikaları ilə  bağlı müşahidələr və təhlillər aparan biri kimi deyə bilərəm ki, gender bərabərliyi 65-in 35-dir. Ali təhsil müəssisələrində isə orta məktəblərə göstərici nisbətən minimum 90-nın 10-dır. Əlbəttə ki, bu da təhsilimizdə müəyyən problemlərin yaranmasına səbəb olur. Ümumtəhsil  məktəblərimizdə təlim-tərbiyə məsələləri baxımından bu ciddi qüsurdur”.

Bu sözləri “Yeni Sabah” a təhsil eksperti Niyazi Şərifsoy deyib. O, oğlan uşaqlarının cəmiyyətdə bir kişi kimi yetişməsində orta məktəblərdə kişi müəllimlərinin daha böyük rolu olduğunu bildirib: 

“Orta məktəblərdə kişi müəllimlərin sayının az olmasına səbəb kişilərin ailə başçısı olmağı və məktəblərdə olan əmək haqqının ailə başçısı kimi onları qane etməməsidir. Ümumiyyətlə, gender bərabərliyi qadınların  xeyrinə pozulur. pizza mizza

Kişi müəllimlərin sayını qadın müəllimlərinin sayına çatdırılması ilə bağlı hər hansı qayda yoxdur. Burada əsas insan faktoru, bilik və bacarıqlarına görə tutduğu mövqedir. Dünyanın bir çox yerində bu, belədir. Ümumiyyətlə, bir çox yerdə gender bərabərliyi qadınların xeyrinə pozulur.

Məktəbli qızların da təlim-tərbiyəsində kişi müəllimlərin rolunun çox böyük olacağını düşünürəm. Bu, həm də  aparılmış təhqiqatların təhlillərin nəticəsidir. Orta təhsil müəssisələrində gender bərabərliyi faiz dərəcəsinə uyğun olaraq kişilərin sayının artmasına doğru getsə, daha məqsədəuyğun olar.

Burada əsas məsələ oğlanların qadınlaşması yox, kişi xarakterinin formalaşmamasıdır. Hər bir məktəbli  tərbiyəni evdə valideyndən, məktəbdə isə müəllimdən alır. Müəllimin özünü necə aparması oğlan uşaqlarının kişi xarakterlərinin formalaşması baxımından önəmlidir”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!